21 yaşadək futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsində bu gün İsveçrə yığması ilə oyunu (0:1) zamanı yanğın baş verib.

Futbolinfo.az xəbər verir ki, yanğın matçın keçirildiyi "Kapital Bank Arena"nın inzibati otaqlarından birində elektrik naqillərindəki qısaqapanma nəticəsində olub. Dərhal hadisə yerinə yanğınsöndürənlər gəlib və yanğının qarşısı alınıb.

Qeyd edək ki, bu, "Kapital Bank Arena"da ilk beynəlxalq rəsmi oyun olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp