Azərbaycanlı futbolçu Kamal Mirzəyev Küveyt klubunda qol hesabını açıb.
Futbolinfo.az xəbər verir ki, "Əl-Salmiyə"də çıxış edən 24 yaşlı yarımmüdafiəçi çempionatın 5-ci turunda "Əl-Tadamon" ilə görüşdə rəqib qapısına yol tapıb.
90 dəqiqə meydanda olan Kamal matçın 82-ci dəqiqəsində – hesab 1:1 olarkən fərqlənib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
"Əl-Salmiyə" 10 xalla 10 komanda arasında 3-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Mirzəyev bu yay "Qəbələ"dən "Əl-Salmiyə"yə keçib.