Bolqarıstan millisinin üzvü Simeon Slavçev qışda "Qarabağ"ı tərk edəcək. Bu barədə Bolqarıstanın "Meridian maç" nəşri yazıb.
 
Xəbərdə bildirilir ki, 26 yaşlı yarımmüdafiəçi komandanın baş məşqçisi Qurban Qurbanovun planlarında yoxdu. Buna görə ona özünə yeni komanda axtara biləcəyi söylənilib.
 
Xəbərdə Slavçevlə "Levski"nin maraqlandığı xatırladılıb. Ancaq bolqarıstanlı oyunçunun Sofiya təmsilçisinin təklifinə cavab verməyə tələsmədiyi vurğulanıb. Portuqaliya, Türkiyə və Rusiyadan da təkliflər alan Slavçevin gələcəyi barədə ciddi düşünmək istədiyi bildirilib.
 
Qeyd edək ki, Slavçev ötən ilin yayından Ağdam klubunda oynayır.
Shares: