“Keşlə”nin mərkəz müdafiəçisi Valentin Franko Floresin futbolinfo.az saytına müsahibəsi
 
– “Neftçi” ilə matçdan öncə qələbəyə inanırdınız? Hər halda, onlar çempionatın favoritlərindən biridi.
– Əlbəttə ki, biz hər matça qələbə üçün çıxırıq, qalibiyyət üçün hazırlaşırıq. Bilirdik ki, çox çətin oyun olacaq. Amma sona qədər meydanda can qoyduq. İstəyimizə çatıb, 3 xalı əldə etdik.
 
– İkinci pillədəsiniz. Ağlınızdan çempionluq üçün oynamaq keçir?
– İndi yaxşı yerdəyik. Lakin bu, son deyil. Daha çox çalışmalıyıq, məşqlərə daha ciddi yanaşmalıyıq. Çünki yuxarılarda qalmaq istəyirik.
 
– Konkret hədəf elə yuxarı pillələrdə olmaqdı?
– Biz indi matçdan matça düşünürük. Diqqətimizi qarşıdakı “Zirə” ilə oyuna yönəltmişik.
 
– “Keşlə”nin müdafiəsi mövsümün ən etibarlı müdafiə xəttlərindən sayılır…
-Məşqçi futbolçuya çox etimad edəndə oynamaq daha asan olur. Bu gün mənim üçün “Keşlə”də vəziyyət belədi. Məşqçi mənə inam verir və güvənim artır. Düşünürəm ki, buna görə tez adaptasiya keçdim və öz oyunumu göstərə bilirəm.
 
– Miyuska Boyoviçlə yaxşı tandem təşkil edirsiniz…
– Boyo çox yaxşı futbolçudu. Bizim meydanda və meydandan kənarda əla münasibətlərimiz var. Ümid edirəm ki, bu anlaşma həmişə davam edəcək. Bu cür çıxışımızı sona qədər davam etdirə biləcəyik.
 
– “Zirə” ilə matçda qalib gəlmək mümkün olacaq? Onlara qarşı keçirdiyiniz səfər oyunlarının statistikaları heç də sizin xeyrinizə deyil…
– Biz hər oyunda qalib gələ bilərik və bunun üzərində məşq edirik. Amma futbolda 3 nəticə də gözləniləndir. Biz “Zirə” ilə matça qələbə üçün çıxacağıq.
 
CAVAD
Shares: