Almaniyanın “Borussiya” klubu (Dortmund) “Puma” şirkəti ilə olan əməkdaşlıq müqaviləsinin müddətini artırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Puma” ilə olan müqavilənin müddəti 2028-ci ilə qədər uzadılıb. Dortmund təmsilçisi bu əməkdaşlıqdan ildə 30 milyon avrodan çox qazanacaq. Ümumilikdə isə 8 il üçün 250 milyonluq qazanc nəzərdə tutulub.
“Borussiya” ilə “Puma” arasında olan əvvəlki müqavilənin müddəti 2022-ci ilə qədər idi.