Karyerasını davam etdirənlər arasında klublarına ən sadiq futbolçuların siyahısı açıqlanıb. Futbolinfo.az xəbər verir ki, araşdırma Avropanın top-10 liqasında çıxış edən futbolçular arasında aparılıb.
Rusiya millisinin qapıçısı İqor Akinfeyev siyahıya başçılıq edir. 33 yaşlı qolkiper artıq 17 ilə yaxındı Moskva MOİK-inin şərəfini qoruyur. Onu 16 ildən çoxdu "Sent-Etyen"də çıxış edən Loik Perrin izləyir.
İlk "üçlüy"ü "Barselona"nın kapitanı Lionel Messi qapayır. Argentinalı superulduz bu ilin sonunda Kataloniya klubunda 16-cı ilini tamamlayacaq.
Ən sadiq "20-lik"
1. İqor Akinfeyev (MOİK) – 16 il 10 ay 20 gün
2. Loik Perrin ("Sent-Etyenn") – 16 il 4 ay 21 gün
3. Lionel Messi ("Barselona") – 15 il 10 ay 20 gün
4-5. Serxio Alvares ("Selta") – 15 il 4 ay 21 gün
4-5. Tomas Kessler ("Köln") – 15 il 4 ay 21 gün
6. Mark Nobl ("Vest Hem") – 14 il 10 ay 20 gün
7-11. David Zurutuza ("Real Sosyedad") – 14 il 4 ay 21 gün
7-11. Oyer ("Osasuna") – 14 il 4 ay 21 gün
7-11. Cessi Mulin ("Sent-Etyenn") – 14 il 4 ay 21 gün
7-11. Françesko Manyanelli ("Sassuolo") – 14 il 4 ay 21 gün
7-11. Corcio Kellini ("Yuventus") – 14 il 4 ay 21 gün
12. Serxio Ramos ("Real") – 14 il 2 ay 21 gün
13-15. Sammi Bossu ("Tsulte Varegem") – 13 il 4 ay 21 gün
13-15. Bruno Soriano ("Vilyarreal") – 13 il 4 ay 21 gün
13-15. Xavi Lopes ("Espanyol") – 13 il 4 ay 21 gün
16-18. Marselo ("Real") – 12 il 10 ay 20 gün
16-18. Anton Şunin ("Dinamo", Moskva) – 12 il 10 ay 20 gün
16-18. Andrey Pyatov ("Şaxtyor", Donetsk) – 12 il 10 ay 20 gün
19-22. Serxio Buskets ("Barselona") – 12 il 4 ay 21 gün
19-22. Marsel Şmeltser ("Borussiya", Dortmund) – 12 il 4 ay 21 gün
19-22. Mahmut Tekdemir ("Başakşəhər") – 12 il 4 ay 21 gün
19-22. Vladimir Çesnakov ("Vorskla") – 12 il 4 ay 21 gün