Ermənistan Futbol Federasiyasının prezidenti Artur Vanezyan istefa verib.
Futbolinfo.az xəbər verir ki, o, ölkənin milli komandasının AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində İtaliyaya 1:9 hesablı məğlubiyyətinə görə postundan gedib.
O, istefasını belə izah edib: “Kimsə bu məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürməli idi. İstefa verdim və İcraiyyə Komitəsi də bunu qəbul etdi”.
Ermənistanın milli təhlükəsizlik xidmətinin sabiq rəhbəri, general-mayor olan Vanezyan federasiyaya 2018-ci ilin sentyabr ayından prezidentlik edirdi.
Yeni prezidentin seçkisi dekabrın 23-nə nəzərdə tutulub.