İtaliya çempionu “Yuventus”un portuqaliyalı ulduzu Kristiano Ronaldonun son zamanlardakı davranışlarına görə komanda yoldaşlarından üzr istəyəcəyi barədə iddialar özünü doğrultmayıb.

Futbolinfo.az xəbər verir ki, o, Portuqaliya millisindən Turin təmsilçisinin düşərgəsinə qayıtdıqdan sonra nə son olaylarla bağlı izahat verib, nə də üzr istəyib.

Lakin “La Gazzetta Dello Sport”un iddiasına görə, “Yuventus”un futbolçuları bunu ciddi problem etməmək qərarına gəliblər.

Qeyd edək ki, A Seriyasının 12-ci turunda keçirilmiş “Milan”la oyunda əvəzlənməsinə etiraz edən Ronaldo stadionu vaxtından öncə tərk etmişdi.

Shares: