İngiltərənin “Tottenhem” klubunun yeni baş məşqçisi Joze Mourinyo qarşıdan gələn qış transfer pəncərəsi dövründə komandada heyətlə bağlı ciddi dəyişiklik etməyəcəyini bəyan edib.

Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Britaniya mətbuatına açıqlamasında bunları söyləyib:

“Ən yaxşı hədiyyə hazırda ixtiyarımda olan futbolçulardı. Yeniləri mənə lazım deyil. Mənə hazırda sadəcə, bu oyunçuları yaxşı tanımaq lazımdı. Təbii ki, onların hər birini yaxşı tanıyıram. Lakin bu tanışlıq onları daha yaxından tanıyana qədər yetərli olmaya bilir”.

“The Guardian” nəşrinin iddiasına görə isə London klubu Mourinyonu baş məşqçi postuna dəvət edərkən onunla şərt kəsib. Belə ki, rəhbərlik qışda transfer üçün heç bir vəsait ayrılmayacağını bəyan edib. “Tottenhem”in yeni stadion tikintisi ilə əlaqədar ciddi borcları var və hazırda həmin borcun yüngülləşdirilməsinə daha çox diqqət ayrılır. Həmçinin Mourinyonun qarşısına komandaya UEFA Çempionlar Liqasına vəsiqə qazandırmaq vəzifəsi qoyulub.

Shares: