Qazaxıstan Premyer Liqasında başa çatan mövsümün ən yaxşıları açıqlanıb. Millimizin qapıçısı Emil Balayev də siyahıda yer alıb.
"Tobol"da çıxış edən 25 yaşlı qolkiper mövsümün ən yaxşısı qapıçısı adına layiq görülüb. O, mövsümün ən uzun quru seriyası (736 dəqiqə) ilə Qazaxıstan çempionatları tarixinin ilk 5-liyinə düşüb. Balayevin debüt mövsümündə etibarlı çıxışı ilə komandanın aparıcı üzvlərindən birinə çevrilməsi bildirilib.
Xatırladaq ki, Emil Balayevin çıxış etdiyi “Tobol” mövsümü 4-cü yerdə bitirib.