“Azərbaycanla oyun bizim üçün heç nəyi həll etməyən məcburi, lakin kədərli qələbə idi”.
Futbolinfo.az saytının məlumatına görə, bunu Slovakiya millisinin sabiq futbolçusu Robert Vittek deyib.
Keçmiş hücumçu yerli mətbuata açıqlamasında yığma komandasının AÇ-2020-nin seçmə mərhələsindəki çıxışını dəyərləndirib. 37 yaşlı mütəxəssis qrup üçüncülüyündən də yaxşı nəticə göstərmək iqtidarında olduqlarını deyib.
Vittek həmçinin Azərbaycan millisi üzərində qələbə qazanılan (2:0) son matçı da yada salıb: "Qrupda hər matç vacib idi. Macarıstan və Azərbaycana hər iki qarşılaşmada qalib gəlməyimiz belə, yaxşı haldı. Xorvatiyanın favorit olduğunu bilirdik və onlar bunu sübut etdilər. İkinci xoşbəxt bizimlə Uels arasında bilinəcəkdi. Bu rəqibə də uyğunlaşa bilmədik. Avropa çempionatının final mərhələsində şansın hələ də qalması yaxşıdı. Amma Azərbaycana məğlub olsaydıq belə, bu, mövcud olardı".