“Səbail” Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində qarşılaşacağı “Sabah”la oyuna ciddi itkilərlə çıxacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Maykl Esyen, İqor Korotetski və Mirabdulla Abbasov zədəlidilər. Ağabala Ramazanov isə sarı vərəqə limitini doldurduğuna görə qarşıdakı oyunu buraxmalı olacaq. Digər oyunçular isə oyuna tam hazırdılar.
Qeyd edək ki, sabah keçiriləcək “Səbail” – “Sabah” matçına 15:00-da start veriləcək.