Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Kristian Luyindama əməliyyat olunacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə “cim-bom”un rəsmi saytı məlumat yayıb. Luyindama Konqo milli komandasının heyətində Qambiyaya qarşı keçirilən oyunda zədələnmişdi.
Türkiyə mətbuatının xəbərinə görə, 25 yaşlı müdafiəçi ən azı 5-6 ay yaşıl meydanlardan uzaq qalacaq.