AFFA-nın baş katibi Elxan Məmmədov “Qəbələ”nin hazırkı durumu haqda danışıb. O, Azərbaycan dövlət radiosuna müsahibəsində qeyd edib ki, bu cür infrastrukturu olan klubun dağılmasına imkan vermək olmaz:
“Qəbələ”nin durumu AFFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq. Biz istərdik ki, qəbələli iş adamları kluba dayaq olsunlar. “Qəbələ”nin futbol akademiyası, əla infrastrukturu var. Oradan üzə çıxanlardan biri elə millinin son oyunlarında əsas heyət üzvünə çevrilən Bəhlul Mustafazadədir. Eləcə də digər klublarda çıxış edən “Qəbələ”nin yetirmələrinin adlarını çəkmək olar. İstəməzdik ki, “Qəbələ” klubu fəaliyyətini dayandırsın. Ümid edirəm ki, belə problem olmayacaq. Ordakı infrastrukturu itirmək olmaz. “Qəbələ”nin 6 təbii, 2 süni meydançası var. Klub strukturu peşəkar səviyyədə fəaliyyət göstərir”.