AÇ-2020-nin final mərhələsində keçiriləcək Danimarka – Rusiya oyununun ev sahibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, buna püşkatma ilə aydınlıq gəlib.
B qrupunda yer alan komandalar ya Sankt-Peterburq, ya da Kopenhagendə qarşılaşmalı idi. Püşk görüşü Danimarkaya salıb. Bu isə o deməkdi ki, Danimarka qrupdakı hər 3 ev oyununu, Rusiya isə 2 görüşünü öz meydanında keçirəcək.
Qeyd edək ki, Avropa çempionatı gələn il iyunun 12-dən iyulun 12-dək baş tutcaq.