“Sumqayıt” Premyer Liqanın 12-ci turu çərçivəsində “Qarabağ”la qarşılaşır.
Futbolinfo.az xəbər verir ki, bu qarşılaşmada hesabı Ağdam təmsilçisi açsa da, ikinci hissədə “Sumqayıt” qısa müddət ərzində iki qol vurmaqla geridönüşə nail olub.
Qonaqların qapısından hər iki topu Peyman Babayi keçirib. Maraqlıdı ki, iranlı hücumçu dublunu oyunu arenanın tribunalarının altında yerləşən otaqların birindən izləyən valideynləri ilə bayram edib.
Əldə etdiyimiz məlumata görə, futbolçunun ailə üzvləri təxminən bir həftədi Sumqayıta gəliblər. Onların bu dəstəyi isə Peymanın liderlə oyunda 3 dəqiqəyə dubla imza atması ilə əlamətdar olub.