“Atletiko” İspaniya La Liqasının 14-cü turu çərçivəsində “Qranada”ya qarşı keçirəcəyi səfər oyunu öncəsi heyətlə bağlı ciddi itkilərlə üzləşib.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Dieqo Simeonenin ixtiyarında hazırda cəmi 16 futbolçu qalıb.

Onlardan da cəmi 14-ü meydan oyunçusudu. Qalan ikisi isə qapıçılardı.

AS nəşrinin yazdığına görə, Madrid təmsilçisinin əksər futbolçuları zədədən əziyyət çəkir. Həmçinin diskvalifikasiyaya məruz qalan oyunçular da var ki, “Qranada” ilə görüşü buraxmalı olacaqlar. Bu üzdən də Simeone əvəzedici komandadan bir neçə futbolçunu əsas komandaya cəlb etmək məcburiyyətində qalıb. Hətta həmin oyunçulardan ikisi – hücumçu Dario Poveda və sol cinah müdafiəçisi Manu Sançesin “Qranada” ilə matçın iştirak ərizəsinə daxil edilməsi gözlənilir.

Qeyd edək ki, bu gün keçiriləcək “Qranada” – “Atletiko” matçına Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.

Shares: