Mario Balotelli yanvarda yenidən klubunu dəyişə bilər.
Futbolinfo.az saytının xarici mətbuata istinadən məlumatına görə, 29 yaşlı forvardın karyerasını Türkiyədə davam etdirmək variantı yaranıb.
"Qalatasaray" İtaliya millisinin üzvünün xidmətində maraqlıdı. "Breşiya"ya mövsümün əvvəlində azad agent kimi keçən Balotelli yeni baş məşqçi ilə Fabio Qrosso ilə yola getmir. Hətta futbolçu məşqdən də kənarlaşdırılıb.
Qeyd edək ki, Mario Balotellinin "Breşiya" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.