Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Dortmund “Borussiya”sı üzərində qələbə qazanan (3:1) “Barselona” həmin oyunda Usman Dembele ilə bağlı üzücü hadisə ilə üzləşmişdi.

Futbolinfo.az xəbər verir ki, fransalı futbolçu qarşılaşmanın ilk hissəsində zədələnərək əvəzlənmişdi.

Artıq həkim müayinəsindən keçən hücumçunun aqibətinə aydınlıq gəlib. Kataloniya təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, Dembelenin sağ ayağındakı əzələ problemi ilə əlaqədar iki aydan çox müalicə alması lazım gələcək. Onun ən yaxşı halda 2,5 aydan sonra yaşıl meydanlara qayıtması gözlənilir.

Shares: