İspaniyanın “Espanyol” klubu avrokuboklarda yeni rekorda imza atıb. Futbolinfo.az xəbər verir ki, sözügedən klub qitəmiqyaslı yarışlarda keçirdiyi son 26 ev oyununda məğlubiyyət tanımır.

La Liqa təmsilçisi ötən gün qarşılaşdığı “Ferentsvaroş”la ev oyununda heç-heçəyə razılaşıb – 2:2. Bununla da doğma meydanda məğlubiyyətsiz oyunlar seriyasını 26-ya çatdıran “Espanyol” Avropada yeni rekord müəyyənləşdirib. İndiyə qədər heç bir Avropa klubu belə bir uğura nail olmayıb.
 
Xatırladaq ki, “Espanyol” sonuncu dəfə 23 il əvvəl – 2006-cı ilin 23 fevralında UEFA Kuboku çərçivəsində “Şalke” ilə ev oyunundan məğlub ayrılıb – 0:3.

Shares: