FİFA Braziliya Futbol Federasiyasının sabiq prezidenti Rikardo Teyşeyranı ömürlük cəzalandırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə dünya futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
 
72 yaşlı futbol mütəxəssisi FİFA-nın etik kodeksini pozmaqda, rüşvət almaqda ittiham olunur. Bu üzdən də ali futbol qurumu onu istər milli, istərsə də beynəxalq yarışlarda iştirakdan ömürlük məhrum edib.
 
Teyşeyraya həmçinin 1 milyon İsveçrə frankı (909 min avro) məbləğində cərimə də kəsilib.
 
Qeyd edək ki, Teyşeyra Braziliya futboluna 23 il rəhbərlik edib. O, BFK rəhbərliyinə 1974-cü ildən 1998-ci ilədək FİFA-ya rəhbərlik edən o zamankı qaynatası Xoan Avelanjın güclü dəstəyi ilə gəlib. Teyşeyra BFK-ya rəhbərlik etdiyi uzun illər ərzində dəfələrlə korrupsiya qalmaqallarının mərkəzində olub. Lakin o hər dəfə BFK-nın rəhbəri postunu qoruyub saxlaya bilib.

Shares: