Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda İspaniyada "Sevilya"nın qonağı olan "Qarabağ" Bakıya qayıdıb.

Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisini gətirən təyyarə bu gün saat 20:50-də Heydər Əliyev adına Bakı Hava Limanına eniş edib.
 
Qeyd edək ki, “Qarabağ” “Sevilya”ya 0:2 hesabı ilə məğlub olub. Bu nəticədən sonra Azərbaycan çempionu növbəti mərhələyə vəsiqə qazanmaq şansını itirib. Bu üzdən də dekabrın 12-də baş tutacaq Lüksemburq “Düdelanj”ı ilə ev oyununda komandamız sadəcə, qrup sonuncusu olmamaq üçün mübarizə aparacaq.

Shares: