Futbol üzrə Avstriya 2-ci liqasında 16-cı turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü Barış Ekincierin formasını geyindiyi Klaqenfurt “Austria”sı da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə Vyana “Ausriya”sının ikinci komandası ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4.
 
Barış da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. 
 
“Austria” hazırda 35 xalla 16 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.

Shares: