Niderlandın “Vitess” klubunun baş məşqçisi Leonid Slutski istefa verib.
Futbolinfo.az xəbər verir ki, rusiyalı mütəxəssis Niderland çempionatının 15-ci turu çərçivəsində “Herenven”lə səfər matçındakı 2:3 hesablı məğlubiyyətdən sonra postundan ayrıldığını açıqlayıb. Halbuki, komandası bu oyunda 2:0 öndə olub.
Bu, “Vitess”in ardıcıl beşinci məğlubiyyəti olub. Komanda cari mövsümdə 23 xal toplayıb və 7-ci pillədə qərarlaşıb.
Slutski “Vitess”i 2018-ci ilin yayından çalışdırırdı.