Azərbaycan birinci dizionunun 12-ci turunda keçirilən "Zirə-2" – "Sumqayıt-2" matçında kuryoz hadisə yaşanıb.
Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın 90+6-cı dəqiqəsində meydan sahiblərinin qapısına penalti təyin edilib. "Zirə-2"nin qapıçısı Səbuhi Əliyev penaltini dəf etsə də, sonra topu əli ilə öz qapısına göndərib.
Qarşılaşma qonaqların 4:1 hesablı qələbəsiylə başa çatıb.