Futbol üzrə İngiltərə Premyer Liqasında 14-cü tura start verilib.

Futbolinfo.az xəbər verir ki, turun açılış matçında “Mançester Siti” “Nyukasl” səfərinə yollanıb və xal itkisi ilə üzləşib.

Lider “Liverpul” bu turda doğma azarkeşləri qarşısında “Brayton”u qəbul edib və növbəti qələbəsini qazanaraq izləyicilərindən bir qədər də aralanıb. “Çelsi” isə “Vest Hem”i qəbul edib və minimal hesabla məğlub olub. “Tottenhem” yeni baş məşqçisi Joze Mourinyonun rəhbərliyi altında növbəti qələbəsini qazanıb.

İngiltərə Premyer Liqası
14-cü tur

30 noyabr

Nyukasl – Mançester Siti 2:2
Qol: Villems, 25. Şelvi, 88 – Sterlinq, 22. De Breyne, 82.

Bernli – Kristal Pelas 0:2
Qol: Zaha, 45+1. Şlupp, 78.

Çelsi – Vest Hem 0:1
Qol: Kressuel, 48.

Liverpul – Brayton 2:1
Qol: Van Deyk, 18; 24 – Dank,79.

Tottenhem – Bornmut 3:2
Qol: D.Alli, 21; 50. Sissoko, 69 – Uilson, 73; 90+6.

Sauthempton – Uotford 2:1
Qol: İnqs, 78. Uord-Prouz, 83 – Sarr, 24.

1 dekabr

18:00 Norviç – Arsenal
18:00 Vulverhempton – Şeffild Yunayted
20:30 Lester – Everton
20:30 Mançester Yunayted – Aston Villa

Shares: