Futbol üzrə Almaniya Bundesliqasında 13-cü turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, şənbə günü daha beş qarşılaşma baş tutub.
Dortmund “Borussiya”sı “Herta”nı, “Bavariya” isə “Bayer”i sınağa çəkib. Dortmundluların qələbəyə sevindiyi gündə Münhen təmsilçisi doğma meydanda məğlub olub.
“Köln” – “Auqsburq” və “Hoffenhaym” – “Fortuna” oyunlarında qalib müəyyənləşməyib. “Paderborn” isə evdə “Leyptsiq”ə uduzub.
Almaniya Bundesliqası
13-cü tur
29 noyabr
Şalke – Yunion 2:1
Qol: Raman, 23. S.Serdar, 86 – İnqvartsen, 36-pen.
30 noyabr
Köln – Auqsburq 1:1
Qol: Kordoba, 86 – Nyederlexner, 43.
Herta – Borussiya (Dortmund) 1:2
Qol: Darida, 34 – Sanço, 15. Hazard, 17.
Hoffenhaym – Fortuna 1:1
Qol: Kramariç, 6 – Henninqs, 88.
Paderborn – Leyptsiq 2:3
Qol: Mamba, 62. Qyasula, 73 – Şik, 3. Sabitser, 4. Verner, 26.
Bavariya – Bayer 1:2
Qol: Müller, 34 – Beyli, 10; 35.
1 dekabr
18:30 Borussiya (Münhenqladbax) – Frayburq
21:00 Volfsburq – Verder
2 dekabr
23:30 Maynts – Ayntraxt