"Keşlə"nin furbolçusu Lorenzo Frutos Azərbaycan Premyer Liqasının 13-cü turunda "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
– Qol vurduğuma görə sevinirəm. Amma  qələbə qazandığımız üçün daha çox sevinirəm.  Ağır oyun oldu. Çünki "Sumqayıt" yaxşı komandadır. Bu qələbə olduqca vacib idi. Yaxşı çıxış etdik. Komanda oyunu sərgilədik. Hamı qələbə üçün çalışırdı.
 
– "Sumqayıt" ötən tur "Qarabağ"a qalib gəlmişdi. Bu, sizi qorxudurdu?
– Əlbəttə, qorxutmurdu. Biz bilirdik ki,"Sumqayıt" həqiqətən də yaxşı komandadır, yaxşı oyunçuları var. Onların keçən həftə qələbə qazandıqları oyunu da görmüşdük. Bizim üçün bu matç çox vacib idi. Həftə ərzində yaxşı hazırlaşmışdıq. Bu görüşdə müsbət nəticə qazanmaq istəyirdik. Buna da nail olduq.
 
– "Keşlə" çempionluğa oynaya bilər?
– Düşünürəm ki, böyük hədəflərə çatmaq üçün yaxşı heyətimiz var. Biz mövsüm ərzində hər oyuna 3 xal üçün çıxacağıq.
 
– Bombardirlər sırasında birincisiniz. Mövsümü belə başa vurmaq mümkün olacaq?
– Mən komanda üçün çalışıram. Əgər qollarımla komamdama kömək edə bilirəmsə, bu, məni daha çox  sevindirir.
Shares: