“Qarabağ”ın qapıçısı Asmir Beqoviç qış fasiləsində Ağdam klubunu tərk edəcək.
Futbolinfo.az xəbər verir ki, bosniyalı qapıçı müqavilə ilə məxsus olduğu İngiltərənin “Bornmut” klubuna qayıdacaq.
Qeyd edək ki, Beqoviç bu ilin sentyabrında “Qarabağ” keçib. Onun klubla müqaviləsi bu ayın sonları başa çatır. Ağdam klubu Avropa Liqasında qrup səddini keçəcəyi halda təcrübəli qolkiperin mövssümün sonuna qədər komandada qalacağı gözlənilirdi.
Amma “Qarabağ”ın qrupda qalacağı qətiləşdiyindən Beqoviçin müqaviləni uzatmamaq qərarı verdiyi bildirilir. Bosniyalı qapıçının Azərbaycandan getmək istəməsinə Premyer Liqamızın səviyyəsinin aşağı olması da təsir edib. (qol.az)