Türkiyə mətbuatı AÇ-2020-nin final mərhələsində mübarizə aparacaq milli komandanın yer aldığı A qrupunu dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, "Sabah" qəzeti qrubdakı iki oyununu Bakıda keçiriəcək yığma ilə bağlı xəbərdə maraqlı sərlövhədən istifadə edib.

"Romayı yakalım, Baküde buluşalım (Romanı yandıraq, Bakıda görüşək)" başlıqlı məqalədə Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir və "ay-ulduzlular"ın baş məşqçisi Şenol Günəşin fikirlərinə də yer verilib.

"Cümhuriyyət" qəzetinin sərlövhəsi isə "Milli Takımın yolu Roma ve Bakü'ye düştü! (Milli komandanın yolu Roma və Bakıya düşdü)" olub.

Shares: