"Keşlə"nin Bakıya dəvət etdiyi özbəkistanlı futbolçunun adı məlum olub.

Futbolinfo.az xəbər verir ki, klubdan “Sportinfo”ya verilən məlumata görə, bu, Şohruh Qadoyevdi.

Dünəndən paytaxtımızda olan sol cinah yarımmüdafiəçisi tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkib. Onunla 1 illik sözləşmə imzalanıb.

Son klubu "Bunyodkor" olan 27 yaşlı futbolçu Özbəkistan millisinin də üzvüdü. "Keşlə" təcrübəli oyunçu üçün qarşı tərəfə hər hansı təzminat ödəməyib.

Qadoyev daha əvvəl ölkəsinin "Nasaf", Bəhreynin "Al-Muharrak" və Cənubi Koreyanın "Tedjon Sitizen" klublarında çıxış edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp