Futbol üzrə İngiltərə Premyer Liqasında 16-cı tura start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma keçirilib.
Turun açılış matçında “Çelsi” ilə “Everton” üz-üzə gəlib. “Zadəganlar” bu görüşdən məğlubiyyətlə ayrılıblar. Lider “Liverpul” bu turda “Bornmut” səfərinə yollanacaq.
Lider “Liverpul” səfərdə “Bornmut”a darmadağın edib. “Tottenhem” “Bernli” ilə ev oyununda 5 cavabsız qola sevinib. “Uotford” – “Kristal Pelas” matçında qapılara qol vurulmayıb.
Turun mərkəzi görüşü Mançester şəhərində keçirilib. “Mançester Siti” doğma azarkeşləri qarşısında “Mançester Yunayted”lə münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı qarşılaşma qonaqların qələbəsiylə başa çatıb.
İngiltərə Premyer Liqası
16-cı tur
7 dekabr
Everton – Çelsi 3:1
Qol: Riçarlison, 5. Levin, 49; 84 – Kovaçiç, 52.
Bornmut – Liverpul 0:3
Qol: Oksleyd-Çemberleyn, 35. Keyta, 44. Salah, 54.
Tottenhem – Bernli 5:0
Qol: H.Keyn, 4; 54. Lukas, 9. Son, 32. Sissoko, 74.
Uotford – Kristal Pelas 0:0
Mançester Siti – Mançester Yunayted 1:2
Qol: Otamendi, 85 – Reşford, 23. Marsyal, 29.
8 dekabr
18:00 Aston Villa – Lester
18:00 Nyukasl – Sauthempton
18:00 Norviç – Şeffild Yunayted
20:30 Brayton – Vulverhempton
9 dekabr
00:00 Vest Hem – Arsenal