İcarə əsasında “Qarabağ”da çıxış edən və dekabrın sonunda müqaviləsi başa çatacaq Asmir Beqoviçlə bağlı yeni iddia ortaya çıxıb.

Futbolinfo.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı qolkiperə İngiltərədən və Hollandiyadan təkliflər var. Müqavilə ilə “Bornmut”a məxsus olan futbolçu, “Derbi Kaunti”, “Birmingem”, “Vest Hem”, eyni zamanda Hollandiyanın PSV klublarının maraq dairəsindədir. “Vest Hem”in daha çox maraqlandığı bosniya və herseqovinalı qapıçının yanvarda yeni kluba transfer olunacağı və həftəlik 60 min funt-sterlinq məvacib tələb etdiyi bildirilir.

Beqoviç sentyabrdan “Qarabağ”ın şərəfini qoruyur. Onun “Bornmut”la müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp