Roberto Bordin özünəməxsus tarix yazdı. “Neftçi”nin baş məşqçisi indiyədək heç kimin bacarmadığını etdi.
 
Futbolinfo.az xəbər verir ki, italiyalı çalışdırıcı dünən “Sabah”la oyunu tribunadan izlədi. Bunun səbəbi onun cəzalı durumda olmasıydı. Əksər futbolçuların nail olmadığı “göstərici”yə Bordin 13 tur ərzində nail olub.
 
Belə ki, Roberto 4 sarı vərəqə almaqla cəzalı duruma düşmüşdü və bu, ilkdi. İndiyədək bir çox məşqçilər qırmızıvərəqə üzündən hansısa turu tribunadan izləmişdi. Lakin 4 sarı vərəqəyə görə ofsayda düşən ilk məşqçi məhz italiyalı oldu.
 
“Neftçi”nin sükan sahibi “Keşlə” ilə hər 2 dövrədəki, eləcə də “Qarabağ”la 10-cu turdakı matçlarda hakimlərin “sarı üzünü” görmüşdü. Ötən həftə “Səbail”lə görüşdəki davranışı isə onun “Sabah”la matçda tribunada olmaması üçün kifayət etdi.
 
Maraqlıdı ki, onun köməkçisi Füzuli Məmmədov da müəllimindən geri qalmır. Məşqçilikdə təcrübə toplamaq əvəzinə sabiq müdafiəçi də hakimlərə etirazı Bordindən əxz edir. Bütün vərəqələri hakim qərarına etiraza görə alan italiyalı 2 dəfə bunu Məmmədovla birgə yaşayıb. Çılğın, narazı olmaq olar, amma bəzən nümunəvi şəxs də olmalısan.
Shares: