Azərbaycan millisinin daha bir üzvü karyerasını ölkə xaricində davam etdirə bilər. Vüsal İsgəndərli ilə 2 xarici klub yaxından maraqlanır.
 
"Keşlə"nin üzvü ilə Polşa və Rumınya komandalarının diqqət mərkəzindədir. Məlumatı offsideplus.az-a açıqlamasında Vüsal Isgəndərlinin özü də təsdiqləyib: "Gözləmədiyim halda 2 təklif birdən gəldi. Yanvarın 5-i dəqiqləşəcək. Hər şey komandamdan asılıdır. Baş məşqçi Tərlan Əhmədovun icazəsi olmadan qərar verməyəcəm".
Shares: