Bolqarıstan milli komandasının üzvü Georgi Georgiyev karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbolinfo.az “gong.bg” saytına istinadən xəbər verir ki, ölkəsinin “Slaviya” klubunda forma geyinən 31 yaşlı qapıçı Azərbaycan, Qazaxıstan və Ermənistan klublarından təklif alıb. Sofiya təmsilçisinin Georgi üçün gələcək təklifləri qış fasiləsində dəyərləndirəcəyi bilirilir.
Karyerası ərzində “Svilenqrad”, “Şerif”, “Botev”, “Vereya” kimi klubların formasını geyinən Georgi 2019-cu ilin yanvarından “Slaviya”da çıxış edir. Qapıçı 2019-cu ilin noyabrında Bolqarıstan millisində debüt edib.