İngiltərə millisinin AÇ-2020 öncəsi yoldaşlıq görüşü keçirəcəyi daha bir rəqibin adına aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, "Dumanlı Albion" təmsilçisi İtaliya ilə qarşılaşacaq.
Komandalar martın 27-də "Uembli" stadionunda üz-üzə gələcək. İngilislər həmçinin martın 31-də Danimarka, iyunun 2-də Avstriya, 7-də isə Rumıniya ilə görüşəcək.
Qeyd edək ki, İngiltərə yığmasının AÇ-2020-nin qrup mərhələsindəki rəqibləri Xorvatiya, Çexiya və pley-offun qaliblərindən biri olacaq. İtalyanlar isə Türkiyə, İsveçrə və Uelslə eyni qrupda mübarizə aparacaq.