Avropa çempionatında iştirak edəcək Uels yığması turnir öncəsi yoldaşlıq görüşləri keçirəcək.
Futbolinfo.az xəbər verir ki, komanda ilk olaraq martın 27-də Avstriya ilə üz-üzə gələcək.
Görüş Kardiffdə baş tutacaq. Məlumatda o da vurğulanıb ki, Uels millisinin nümayəndələri hazırda Bakıdadı. Onlar komandanın qitə birinciliyi zamanı hazırlıq keçəcəyi potensial təlim-məşq bazalarına baxırlar. Britaniyalılar Avropa çempionatının ilk iki oyununu Bakıda keçirəcəyindən, qrup mərhələsi çərçivəsində İtaliya ilə son matça qədər paytaxtımızda məskunlaşacaqlar.
Qeyd edək ki, Uels millisi iyunun 13-də İsveçrə, 17-də Türkiyə ilə Bakıda, 21-də isə İtaliya ilə Romada qarşılaşacaq.