Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 18-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Meppen”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Rüfət də bu görüşün iştirakçısı olub. O, 57-ci dəqiqədə meydana buraxılıb. Komandasının yeganə qolunu da millimizin forvardı vurub. 75-ci dəqiqədə fərqlənən Dadaşov cari mövsümdə vurduğu qolların sayını 4-ə çatdırıb.

Münster klubu 18 turdan sonra 13 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.

Shares: