“Mövcud vəziyyət yaxşıdı. Əvvəlkindən daha yaxşısını etmək imkanımız var və iradəmiz var. Gələcəyimlə bağlı qərarın fevral ayına qədər verilməsini istəyirəm".

Futbolinfo.az xəbər verir ki, bunu İsveçrə yığmasının baş məşqçisi Vladimir Petkoviç deyib.

Təcrübəli mütəxəssis milli komandanın direktoru Pyerluici Tami ilə birlikdə mətbuat konfransı keçirib. Petkoviç yerli futbol assosiasiyası ilə AÇ-2020-nin sonuna qədər olan müqavilə müddətini uzadıb-uzatmayacaqlarına qarşıdakı aylarda aydınlıq gətirəcəklərini bildirib.

O, eyni zamanda A qrupunda qərarlaşacaqları Avropa çempionatı ilə bağlı fikirlərini də bildirib: "Addım-addım irəliləmək istəyirik. Turnirə uğurlu başlanğıc etmək və Bakıdakı ilk görüşdə qalib gəlmək vacibdi. Əlbətdə ki, hər matçda qələbə qazanmaq istəyirik. UEFA ilə intensiv müzakirələrdən sonra ilk oyundan 5 gün əvvəl Bakıda olmağımız üçün icazə aldıq. Bu, bizə uyğunlaşma imkanı verəcək. Bakı və Roma iqlim cəhətdən oxşardı. Turnir zamanı əsas baza düşərgəmiz Romada olacaq".

Qeyd edək ki, İsveçrə millisi oyunlarının Bakı və Romada keçiriləcəyi A qrupunda Uels, İtaliya və Türkiyə ilə qarşılaşacaq.

Shares: