Türkiyənin “Qalatasaray” klubu Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda PSJ ilə qarşılaşacaq.
Futbolinfo.az “sarı-qırmızılar”ın saytına istinadən xəbər verir ki, İstanbul klubu sözügedən qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Belə ki, “Qalatasaray”ın PSJ ilə oyun üçün Fransaya yollanan heyətində Rayan Babel, Sofyan Fequli və Adem Böyük yer almayıb. Hər üç oyunçu zədə səbəbindən Paris təmsilçisi ilə matçı buraxmalı olacaq.
Sabah keçiriləcək PSJ – “Qalatasaray” matçı saat 00:00-da start götürəcək.