Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçiriləcək “Qarabağ" – "Düdelanj" görüşünün hakimləri müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, UEFA Bakıdakı qarşılaşmaya Estoniyadan olan hakimlər briqadasını göndərməyə qərar verib.

Matçda ədalət təmsilçisi Kristo Tohver olacaq. Ona Silver Koiv və Sten Klaasen kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Juri Frişer yerinə yetirəcək.

Əlavə edək ki, 2010-cu ildən FIFA referisi statusunu daşıyan Kristo Tohver karyerasında ilk dəfə Azərbaycan təmsilçisinin matçını idarə edəcək.

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşə saat 21:55-də start veriləcək.

Shares: