İngiltərənin “Liverpul” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində səfərdə Avstriya “Zalsburq”una 2:0 hesabıyla qalib gəlib.

Futbolinfo.az xəbər verir ki, sözügedən komanda 2008-ci ildən sonra ilk dəfə ÇL-də ardıcıl iki səfər matçından qələbə ilə ayrılıb.

Xatırladaq ki, “qırmızılar” ÇL çərçivəsində bundan öncəki səfər matçında da Belçikanın “Genk” klubunu 4:1 hesabıyla üstələmişdi.

Yurgen Kloppuun çalışdırdığı “Liverpul” sonuncu dəfə belə bir uğura 2008-ci ilin sentyabr ayında, Rafael Benitesin rəhbərliyi altında imza atmışdı.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının lideri 6 oyuna topladığı 13 xalla ÇL-in pley-off mərhələsinə qrup birincisi kimi vəsiqə qazanıb.

Shares: