İngiltərənin “Vest Hem” klubu baş məşqçisi Manuel Pelleqrinini istefaya göndərməyə hazırlaşır.

Futbolinfo.az xəbər verir ki, Britaniya mətbuatı klub rəhbərliyinin komandanın uğursuz çıxışında çilili mütəxəssisi günahkar hesab etdiyini yazır.

“The Guardian”ın iddiasına görə, son turda doğma meydanda “Arsenal”a 1:3 hesabıyla uduzan komanda növbəti turda “Sauthempton”a da məğlub olsa, Pelleqrini postundan göndəriləcək.

Artıq çilili məşqçini əvəz edəcək namizədlərin də adları bəlli olub. “Vest Hem”i çalışdırmağa əsas namizədlər Devid Moyes, Kris Hyuton və Eddi Hau hesab olunur.

Qeyd edək ki, “Vest Hem” Premyer Liqada 16 turdan sonra 16 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

Shares: