Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev qış transfer pəncərəsi dövründə “Dinamo”dan ayrılacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Xəbərdə, Moskva təmsilçisində şans qazanmayan Ramilin komandadan ilk ayrılanlardan olacağı bildirilir. 23 yaşlı hücumçu “Dinamo”nun baş məşqçisi Kirill Novikovun rəhbərliyi altında sadəcə bir oyunda iştirak edib.

Şeydayev hazırda Bakıdadır. İddialara görə, hücumçu “Neftçi” klubuyla danışıqlar aparır.

2019-cu ilin iyulunda “Dinamo”ya keçən Ramilin müqaviləsi mövsümün sonuna qədərdir. Şeydayev daha əvvəl Azərbaycanda “Qarabağ”da icarə əsasında çıxış edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp