İtaliya millisinin sabiq üzvü Alberto Akvilani məşqçiliyə başlayıb.

Futbolinfo.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi “Fiorentina”nın yeni baş məşqçisi Cüzeppe Yakininin rəhbərlik etdiyi məşqçilər korpusuna daxil edilib. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Roma”nın yetirməsi olan, “Liverpul”, “Milan”, “Yuventus”, “Fiorentina” kimi klubların şərəfini qoruyan Akvilani bu yay futbolçu karyerasını bitirmişdi. O, İtaliya millisində də 38 oyuna çıxıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp