“Keşlə”nin paraqvaylı hücumçusu Lorenzo Frutos ölkəsinin mətbuatına müsahibə verib. Bu ilin yayından “Keşlə”yə cəlb olunan Frutos ilk olaraq  ölkəmizdə başına gələn çətinliklərdən danışıb: “Burada rəqəmsal platformada məhdudiyyətlər olduğu üçün sevdiyim seriallara baxmaq çətindir. İngilis dilində danışa bilirəm. Amma Azərbaycanda bununla yanaşı yerli dildə danışmaq, bir çox gündəlik məsələlərdə ingilis dilinin olmadığını demək çox çətindir. Məsələn, bir dəfə yoqurt almaq istədim, ancaq mənə südlü qaymaq verdilər, çünki etiketin üzərində nə yazıldığını başa düşməmişdim”.
 
Bundan başqa Tito Bakıda başqa dinlərə hörmətlə yanaşıldığını vurğulayıb: “ Paltardəyişmə otağında oyunçular çox rəsmi olurlar. Bir neçə oyunçu müsəlmandır və gündə 5 dəfə namaz qılmaq kimi adətlərə sahibdirlər, lakin xarici mədəniyyətə hörmət üçün yaxşı bir çərçivə var. Məsələn, heyətdə mənimlə birlikdə digər 2 Cənubi Amerikalı futbolçu – Sezar Meza Kolli və Franko Flores çıxış edir. Biz oyunlardan əvvəl atmosferi canlandırmaq üçün rəqs edirik”.
 
Lorenzo Bakının gözəl şəhər olduğunu da qeyd edib: “ Bakı dünyanın nömrə bir şəhəridir. Küçələrdə rahat gəzə bilirsən, cinayət halları olmur, küçələr olduqca gözəldir, binaları isə dünyanın nömrə biri hesab olunur. Oynadığımız stadion müasir infrastruktura malikdir, dediyim kimi fərqli mədəniyyətə sahib olsalar da, onlarda az qala hər şeyin tamamilə Avropadakı kimi olduğunu görə bilərsiniz”.
 
Komandasının oyunlarından danışan Tito bu mövsüm Azərbaycan Premyer Liqasında şanslarını qiymətləndirib: “Hazırda 3-cü yerdəyik. Avropa Liqasına vəsiqə qazanmaq üçün bu pilləni keçmək lazımdır. Əlbəttə ki, çempionat haqqında düşünürük”.
 
Futbolçu gitara çalmaq kimi bacarığının olduğunu da gizlətməyib: “İstirahət günlərində komanda yoldaşlarımla yığışırıq, mən gitara çalıb mahnı oxuyuram”..
 
Qeyd edək ki, Lorenzo Frutos 14 turdan sonra 6 qolla  Azərbaycan Premyer Liqasının bombardirləri arasında ön pillələrdə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp