“Beşiktaş”ın futbolçusu Cermeyn Lens qış fasiləsində Türkiyədən ayrıla bilər.

Futbolinfo.az xəbər verir ki, 32 yaşlı hücumçunu Niderlandın “Alkmaar” klubu transfer etmək istəyir.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, “Alkmaar”ın yanvarda Lensi icarəyə götürmək üçün “Beşiktaş”la danışıqlara başlayacağı bildirilir.

Lens bu mövsüm “Beşiktaş”la 16 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib. Hücumçu 34 dəfə Niderland yığmasının formasını geyinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp