“Çelsi”nin və Fransa millisinin üzvü Olivye Jiru karyerasını Şotlandiyada davam etdirə bilər.

Futbolinfo.az xəbər verir ki, 33 yaşlı hücumçunun xidmətində “Reyncers” klubu maraqlıdı.

Bu barədə Fransanın “Lequipe” nəşri məlumat yayıb. Xəbərdə, “Reyncers” nümayəndələrinin Jirunun meneceri ilə görüşdüyü bildirilir.

AÇ-2020-də iştirak etməyən Jiru, oyun praktikasını artırmaq üçün bu təklifi müsbət dəyərləndirə bilər.

Fransız hücumçu bu mövsüm “Çelsi”də 7 oyuna çıxıb və 1 qol vurub. Onun “zadəganlar”la müqaviləsi mövsümün sonuna qədərdi.

Shares: