Futbol üzrə İngiltərə Premyer Liqasında 19-cu tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma keçirilib. 

Son turda “Tottenhem”i məğlub edən “Çelsi”, bu dəfə “Sauthempton”u sınağa çəkib və doğma meydanda məğlubiyyətlə üzləşib. “Arsenal” isə Mikel Artetanın rəhbərliyi altında Premyer Liqada ilk oyununu keçirib. “Topçular” bu turda “Bornmut”un qonağı olub və heç-heçəyə razılaşıb.

Baş məşqçi postuna Karlo Ançelottini gətirən “Everton” “Bernli”ni qəbul edib və minimal hesablı qələbəyə sevinib.

Turun mərkəzi görüşündə lider “Liverpul” ən yaxın izləyicisi “Lester”in qonağı olub. Rəqibini darmadağın edən “qırmızılar” çempionluq yolunda daha bir önəmli addım atıblar.

İngiltərə Premyer Liqası
19-cu tur

26 dekabr

Tottenhem – Brayton 2:1
Qol: H.Keyn, 53. D.Alli, 72 – Uebster, 37.

Çelsi – Sauthempton 0:2
Qol: Obafemi, 31. Redmond, 73.

Bornmut – Arsenal 1:1
Qol: Qoslinq, 35 – Obameyanq, 63.

Aston Villa – Norviç 1:0
Qol: Hauriheyn, 64.

Kristal Pelas – Vest Hem 2:1
Qol: Kouyate, 68. Ayyu, 90 – Snodqrass, 57.

Şeffild Yunayted – Uotford 1:1
Qol: Norvud, 36 – Deulofeu, 27.

Everton – Bernli 1:0
Qol: Levin, 80.

Mançester Yunayted – Nyukasl 4:1
Qol: Marsyal, 24; 51. Qrinvud, 36. Reşford, 41 – Lonqstaff, 17.

Lester – Liverpul 0:4
Qol: Firmino, 31; 75. Milner, 71-pen. Aleksandr-Arnold, 78.

27 dekabr

23:45 Vulverhempton – Mançester Siti

Shares: